olkepress.com
olkepress.com

Qazax dombraçıları ( aşıqları) Muğam Mərkəzində

6-07-2023, 15:52

Qazax dombraçıları ( aşıqları) Muğam Mərkəzində
Qazax dombraçıları ( aşıqları) Muğam Mərkəzində.
İyil ayının 6 - sı saat 11.30 - da qardaş Qazaxıstan Respublikasının " Dombra" ifaçıları qrupunun Beynəlxalq Muğam Mərkəzində konserti keçirilib..Azərbaycan tərəfdən istedadlı xanəndə, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov və tanınmış tarzən , " Bayatı- Türk" Muğam Triosunun rəhbəri Məsim İslamov onlarla birgə çıxış ediblər. İki qardaş xalqın müştərək ifası tamaşaçılar tərəfindən alqışlarla, hərarətlə qarşılanıb.Konsertin aparıcısı musiqiçi- tədqiqatçı Semih İpək( Ərzrum) türk xalqlarının dostluq və və qardaşlığı haqqında söhbət açandan sonra tədbiri açıq elan elədi.Qazaxıstanın dombra ifaçıları( aşıqlar) Aliya Qaramuxanova( Aktau), Undasn Kalxanov( Aktau) və başqaları qədim kuişilərdən ( dastanlardan) parçalar ifa etdilər.Tədbirin sonunda Qazaxıstanlı musiqiçilərin rəhbəri Eldost Emil xalqlarımızın qardaşlığından, tarixi köklərimizdəm , türk birliyimizdən söhbət açmaqla yanaşı tədbirin baş tutmasında dəstəyinə görə Respublikamızın Mədəniyyət Naziri Adil Kərimliyə, BMM- nin direktoru, əməkdar artist , şöhrətli tarzən Sahib Paşazadəyə, direktor müavini, istedadlı pianoçu Riad Quliyevə, konsertin ideya müəllifi, Turanın Xalq Şairi, professor Vüqar Əhmədə təşəkkürünü bildirib.Sonda xatirə şəkilləri çəkdirilib.
Qazax dombraçıları ( aşıqları) Muğam Mərkəzində
Qazax dombraçıları ( aşıqları) Muğam Mərkəzində
Qazax dombraçıları ( aşıqları) Muğam Mərkəzində
Qazax dombraçıları ( aşıqları) Muğam Mərkəzində

Qazax dombraçıları ( aşıqları) Muğam Mərkəzində


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi