olkepress.com
olkepress.com

Bu stansiya yay aylarında istifadəyə veriləcək

17-01-2020, 15:32

Bu stansiya yay aylarında istifadəyə veriləcəkBakı metropoliteninin “Cəfər Cabbarlı” stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirib ki, hazırda stansiyada işlər davam etdirilir: “Artıq stansiyasında memarlıq işlərinə başlanılıb. Platformanın mərmər-qranit örtükləri yenisi ilə əvəz olunur. Stansiya yolunun quraşdırılması işləri də artıq başlayıb. Köhnə yol demək olar ki sökülüb. Onu qeyd edim ki, “Cəfər Cabbarlı” stansiyasından “Xətai” stansiyasına gedən yol dəmir-beton konstruksiyalı olacaq. Stansiya yay aylarında istifadəyə veriləcək”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2023    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi