olkepress.com
olkepress.com

"Əvəz Zeynallının həbsindən narahatıq" - Əflatun Amaşov

12-09-2022, 16:12

"Əvəz Zeynallının həbsindən narahatıq" - Əflatun Amaşov

"Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür. Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir".

Metbuat.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Əvəz Zeynallının həbsi ilə bağlı danışarkən deyib:
"Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq. Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun.

Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaqdır. Allah Əvəz Zeynallının qapısını açsın"- deyə o qeyd edib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi