Son bir ayda Bakıda 5 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib.Metbuat.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
"Bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub. Onların tərbiyəsi ilə 4 299 müəllim məşğul olur. İdarənin tabeliyinə 348 bağça keçib. Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264 -ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb" - M.Vəliyeva bildirib.
Ölkəpress.com