olkepress.com
olkepress.com

Horadiz əməliyyatı Azərbaycanın hərb tarixinin şanlı səhifəsidir

7-01-2020, 11:20

Horadiz əməliyyatı Azərbaycanın hərb tarixinin şanlı səhifəsidirAzərbaycan Ordusunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu Horadiz əməliyyatından 26 il ötür. Azərbaycanın hərb tarixinin şanlı səhifəsi olan Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

Bu münasibətlə Horadiz şəhərində rayon ictimaiyyətinin, “N” saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak edən keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev prospekti ilə yürüş edib, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 1990-cı illərin əvvəllərində yaranmış hərbi-siyasi vəziyyətdən, Ermənistanın Azərbaycana qarşı apardığı qəsbkarlıq müharibəsindən, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsindən, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, Horadiz əməliyyatının əhəmiyyətindən və Qarabağ müharibəsi tarixində xüsusi yerindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yaranıb. 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin hücumunun qarşısı alınıb və Azərbaycan ordusu əks-hücuma keçərək qısa müddətdə 21 min hektar ərazini işğaldan azad edib. Azərbaycan ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. Ötən dövr ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” - deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır.
Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranları Horadiz əməliyyatını Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib, işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Füzuli rayonunun digər ərazilərinin Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində düşmən tapdağından azad olunacağına əminliklərini ifadə ediblər.
Çıxışlarda bildirilib ki, xalqımız Azərbaycan ordusunun 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin sevincini 22 il sonra yenidən yaşadı. Ordumuz Horadiz əməliyyatının davamı olaraq 2016-cı ilin aprelində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəkliklərini düşməndən azad edərək, qələbə əzmini və torpaqlarımızın işğal altında qalması ilə heç zaman barışmayacağını bir daha bütün dünyaya nümayiş etdirdi.

Ölkəpress.com


Horadiz əməliyyatı Azərbaycanın hərb tarixinin şanlı səhifəsidir


Horadiz əməliyyatı Azərbaycanın hərb tarixinin şanlı səhifəsidir


Horadiz əməliyyatı Azərbaycanın hərb tarixinin şanlı səhifəsidir


Horadiz əməliyyatı Azərbaycanın hərb tarixinin şanlı səhifəsidir


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi