olkepress.com
olkepress.com

Bağçadakı olaya görə müdir tənbeh edildi

1-07-2022, 10:24

Bağçadakı olaya görə müdir tənbeh edildi

Biləsuvar rayonunda külək nəticəsində uşaq bağçasında bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq ağır xəsarət alıb.

Hadisə iyunun 29-da Biləsuvar rayon Əliabad kənd uşaq bağçasında baş verib:

"Hadisə ilə əlaqəli bildiririk ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı 4 yaşlı Mircihad Samir oğlu İbrahimlinin başına dəyib və alın nahiyəsindən yaralanıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı müəllim Reyhan Əzizağa qızı Quliyeva işdə olmayıb. O, səhhətində yaranan problemlərə görə bağça müdiri Şəfəq Adil qızı Əhmədovadan icazə alıb.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda uşağın vəziyyəti normaldır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri uşağı evində ziyarət edib, vəziyyəti ilə yaxından maraqlanıb.

Əliabad kənd uşaq bağçasının müdiri Ş.Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən gələcəkdə əmək intizamı tənbehinə cəlb edilib".(XalqXeber.Az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi