olkepress.com
olkepress.com

"Elin səsi" ndən " Onun hekayəsi" adlı nəşr

23-05-2022, 21:18

"Elin səsi" ndən " Onun hekayəsi" adlı nəşr
22.05.2022-ci il tarixdə “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin təşkilatçılığı ilə təşkilatın sədr müavini, şərqşünas alim, yazıçı Əli Rzazadənin “Onun hekayəsi” adlı kitabının təqdimatı keçirilmişdir.

Tədbiri ilk öncə “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski açaraq iştirak edən bütün qonaqlara öz təşəkkürünü bildirdi. O həmçinin Birliyin bugünədək olan fəaliyyətindən və həyata keçirdiyi layihələr haqqında məlumat verdi. Daha sonra E.Talışınski milli-mənəvi dəyərlərin önəmindən, cəmiyyətdə təbliğinin vacibliyindən danışdı. Həmçinin o bildirdi ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır.
Həmçinin tədbirdə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin üzvü, Beynəlxalq-münasibətlər departamentinin koordinatoru Cəlil Məmmədsoy, Milli Məclisin deputatı Ceyhun Məmmədov, yazıçı Kənan Hacı, tanınmış telejurnalist Hikmət Yaqubov, yazar Azər Qismət, şair Gülnarə İsrafil, Nazlı Çələbi, jurnalist Ülkər Piriyeva və digər şəxslər çıxış etdilər. Çıxışçılar milli-mənəvi dəyərlərin, vətənpərvərlik və dövlətçilik ideyalarının gənc nəsillərə aşılanması və qorunub saxlanılmasının zəruriliyini vurğuladılar. Qeyd olundu ki, gənclərin milli-mənəvi ruhda yetişməsi üçün bu cür kitabların yazılması olduqca mühüm əhəmiyyət kəsb edir. Həmçinin yazıçı və şairlər qeyd etdilər ki, “Onun hekayəsi” kitabı gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında, eləcə də gənclər arasında mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində vacib rol oynayacaqdır.

Tədbirdə çıxış edən "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin Beynəlxalq münasibətlər departamentinin koordinatoru Cəlil Məmmədsoy təşkilatın layihələri haqqında, milli-mənəvi dəyərlər sahəsində gördüyü işlərdən danışaraq ictimaiyyətə geniş şəkildə məlumat verdi.
Nəzərinizə çatdıraq ki, “Onun hekayəsi”ndə müəllifin hekayə, esse və şeirlərindən bir hissə toplanmışdır. Eyni zamanda kitabda Vətən müharibəsində canından keçən şəhidlərimizə həsr olunmuş bədii nümunələr yer almış, eləcə də vətənpərvərlik və dövlətçilik mövzusunda şeir və hekayələr nəşr olunmuşdur. “Onun hekayəsi” müəllifin sayca 7-ci, təmsil etdiyi təşkilatın isə ilk nəşridir.
"Elin səsi" ndən " Onun hekayəsi" adlı nəşr
"Elin səsi" ndən " Onun hekayəsi" adlı nəşr
"Elin səsi" ndən " Onun hekayəsi" adlı nəşr
"Elin səsi" ndən " Onun hekayəsi" adlı nəşr


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi