olkepress.com
olkepress.com

Şənbə günü hava necə olacaq?

25-10-2019, 21:46

Şənbə günü hava necə olacaq?Şənbə gününün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-24, dağlarda gecə 4-9, gündüz 12-16 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 26-27-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi