olkepress.com
olkepress.com

Bu gün Od çərşənbəsidir

1-03-2022, 10:06

Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Ōlkəpress.com xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.
Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb.

Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.

Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar.

Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur.

Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 22-də qeyd edilib.

Martın 8-də Hava (Yel), martın 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 19:33-də daxil olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi