olkepress.com
olkepress.com

3-cü doza vaksin vurdurmayanlar metroya BURAXILMAYACAQ?

11-02-2022, 13:00

3-cü doza vaksin vurdurmayanlar metroya BURAXILMAYACAQ?

Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının vurulmasından sonra altı aydan artıq vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Nəticədə həmin şəxslər müəyyən məkanlara giriş edə bilməyəcəklər.

Maraqlıdır, üçüncü doza vaksin vurdurmayan şəxslər “Bakı Metropoliteni”nə daxil ola, metronun imkanlarından yararlana biləcəklərmi?
Ölkəpress.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenisabah.az-a açıqlamasında onlara bu haqda heç bir məlumat verilmədiyini bildirib:

“Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı “Bakı Metropoliteni”nə göstəriş gəlməyib. Pandemiya dövründə qərarlar Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargahın qərarlarını da “Bakı Metropoliteni” birmənalı şəkildə icra edir. Lakin hələ ki, bu barədə "Bakı Metropoliteni”nə nə şifahi, nə də yazılı məlumat verilməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi