olkepress.com
olkepress.com

Sağlam ailə sağlam cəmiyət deməkdir!- HDİM layihəni başa çatdırıb

25-10-2019, 19:03

Sağlam ailə sağlam cəmiyət deməkdir!- HDİM layihəni başa çatdırıbHüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə institutunun inkişafında maarifləndirmə tədbirlərininn rolu”layihəsini yekunlaşdırıb. 25 oktyab 2019-cu də “Səs” qəzetinin ofisində layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, HDM sədri İlham Əliyev problemin aktuallığından, layihənin əhəmiyyətindən danışıb.

Layihə rəhbəri qeyd edib ki, 3 aylıq layihə çərçivəsində Bakı. Şirvan, İsmayıllı və Xaçmaz şəhərlərində dəyirmi masalar təşkil olunub, ailədaxili problemləri yaradan səbəblər və çıxış yolları ziyalılar, media mənsubları, yerli ictimai rəy liderləri və nüfuzlu ağsaqqalların iştirakı ilə müzakirəyə çıxarılıb.

Həmçinin mövzu ilə bağlı Bakı və Xaçmaz şəhərində sorğu keçirilib, mövzu ilə əlaqədar təbliğat materialları layihənin icrasına cəlb edilmiş KİV-lərdə dərc olunub.

Layihə çərçivəsində yeniyetmələr, tələbə-gənclər, valideynlər hüquq və azadlıqları, vəzifə və səlahiyyətləri ilə bağlı ətraflı məlumatlandırılıb. Keçirilən görüşlərdə, dəyirmi masalarda, konfranslarda vətəndaş cəmiyyətinin bərqərar olmasında hüquqi maarifləndirmə işinin önəmi, müasir Azərbaycan cəmiyyətində bu sahədə atılan uğurlu addımlardan da bəhs edilib.

Mətbuat konfransının sonunda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi