olkepress.com
olkepress.com

Bu da ATU-nun rektoru Akif Süleymanov - İşə iməkləyə-iməkləyə gedib-gəlir

27-11-2021, 08:52

Bu da ATU-nun rektoru Akif Süleymanov - İşə iməkləyə-iməkləyə gedib-gəlir

Bir rektor ki, vəzifəsini təhvil vermək istəmir, əlindən də ala bilmirlər - NƏ DEYƏSƏN?! 70 yaşlı rektor universitetə iməkləyə-iməkləyə gedib-gəlir. Vay təhsilimizin halına...

"Demokratik.Az" saytı olaraq Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetində (ATU) ikili rektorluq problemindən yazmışdıq. Aylardır universitetin təhsilyönümlü metodologiyasını iflic edən özbaşınalığa, kimlərinsə rektorluq davasına diqqət ayırmışdıq. ATU-da Akif Süleymanov və Yaşar Ömərov adlı iki rektorun varlığını qınamışdıq. Təəssüf ki, deyilən problem hələ də öz həllini tapmır, 3000 universitet tələbəsi və professor-müəllim heyəti süni çəkişmələrdən əziyyət çəkir. Problemin həlli bu ölkənin təhsil naziri postunu məşğul edən gənc nazir Emin Əmrullayevin də boyunu aşır. Qurumlar susur, kimsə olanları prezident administrasiyası səviyyəsində müzakirəyə aparmır, mühüm detallar hətta rektorların təyinatına sərəncam imzalayan ölkə başçısı cənab İlham Əliyevdən belə gizlədilir. Yaşı 70-i haqlayan, 2013-cü ilin martından bu yana ATU-nu çökdürən, vəzifə hərisliyinə mübtəla olan, sağlamlıq imkanlarını xeyli itirmiş Akif Süleymanovla heç kim bacarmır. Təhsil nazirliyinin şöbə müdiri Yaşar Ömərov da rektorluqda nə görübsə, Bakıya geri qayıtmaq istəmir.

"Demokratik.Az" mövzu ilə əlaqədar yeni fakt əldə edib. Daha doğrusu, rektorluq kürsüsündən asılı qalan Akif Süleymanovun işə necə zülüm-zillətlə gəlib-getdiyini əks etdirən fotoları əldə edib.

Fotolardan aydın olur ki, Akif Süleymanovun fiziki imkanları yerində deyil, o, başqalarının köməyi olmadan hərəkət edə bilmir.

Belə olan halda, A.Süleymanovun hələ də 10 min manatlıq maaş paketilə rektor postunda saxlanılması, işlədiyi “Kompyuter mühəndisliyi və telekommunikasiya” kafedrasında müəllim kimi bir saat belə dərs demədən maaş alması ölkənin təhsili adına özbaşınalıq və biabırçılıqdır.

Akif Süleymanov bir neçə dəfə insult keçirib, hipotoniya xəstəliyindən ciddi əziyyət çəkir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi