olkepress.com
olkepress.com

General Hikmət Həsənova görə cinayət işi AÇILDI

16-11-2021, 12:17

General Hikmət Həsənova görə cinayət işi AÇILDI

Birinci Ordu Korpusunun sabiq komandanı, general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Rəsmi məlumata görə, cinayət işinin istintaqını Hərbi Prokurorluq aparır:
"General-mayor Hikmət Həsənovun 20.11.2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır". Qeyri-rəsmi məlumata görə, Hikmət Həsənov 3 avqust 2021-ci ildə Birinci Ordu Korpusunun komandiri vəzifəsindən azad edilib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi