olkepress.com
olkepress.com

Ukrayna Gürcüstana nota göndərib

9-11-2021, 11:17

Ukrayna Gürcüstana nota göndərib

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Mixeil Saakaşvilinin Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülməsi ilə bağlı Gürcüstann xarici siyasət idarəsinə rəsmi nota göndərib.

“Report” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Sənəddə bildirilib ki, Ukrayna tərəfi bu barədə məlumatlandırılmayıb.

Ukrayna tərəfi Gürcüstan hakimiyyətini M.Saakaşvilini mülki xəstəxanaya yerləşdirməyə çağırıb.

“Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin penitensiar tibbi müəssisədə qalması əlavə risklər və gərginlik yaradır. Humanitar düşüncəni rəhbər tutaraq bunlara yol verməmək olar. XİN və Ukraynanın Gürcüstandakı səfirliyi Mixeil Saakaşvilinin ətrafındakı vəziyyəti xüsusi nəzarətdə saxlamaqda davam edir”, - XİN-nin bəyanatında deyilir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi