olkepress.com
olkepress.com

Yeni nazirdən ilk TƏYİNAT - FOTO

3-11-2021, 17:34

Yeni nazirdən ilk TƏYİNAT - FOTO

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatı olub.

Ölkəpress.com AzVision.az-a istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov özünə yeni müşavir təyin edib. Nazirin yeni əmri ilə bu vəzifəyə Ramil Cabbarov gətirilib.

Qeyd edək ki, R.Cabbarov 2013-2014-cü illərdə Lider TV-də xarici iqtisadi xəbərlər üzrə müxbir vəzifəsində çalışıb. 2014-2016-cı illərdə UNEC-in Marketinq və Kommunukasiya Departamentində innovativ marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində çalışıb. 2015-2018-ci illərdə “Marketinq” kafedrasının, 2018-ci ilin iyul ayından isə “Biznesin idarə edilməsi” kafedrasının müəllimidir. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Tələbələr və Gənclər üzrə Daimi Şuranın üzvü seçilib.

2020-ci ildə startup kimi qurulan “Speak.az” Online Xarici dil öyrənmə platformasının qurucusudur.

Yeni nazirdən ilk TƏYİNAT - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi