olkepress.com
olkepress.com

İcra başçısından “müavin gedişi” – 8 milyon qalmaqallı böyüyür

17-12-2019, 10:27

İcra başçısından “müavin gedişi” – 8 milyon qalmaqallı böyüyürİcra başçısından “müavin gedişi” – 8 milyon qalmaqallı böyüyür

17:34 16-12-2019 50

Sumqayıt Şəhər İcra Hakimiyyətində bir həftə əvvəl baş vermiş işdən çıxarılma hadisəsinin üstü açılır. JAMAZ.İNFO xəbər verir ki, icra başçısı Zakir Fərəcov müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail Hüseynovu işdən çıxarmaqla, üzləşdiyi problem aradan qaldırmağa çalışır.
Gələn xəbərlərdən belə başa düşülür ki, Fəzail Hüseynovun işdən çıxarılmasına səbəb onun Sumqayıtda sahibkarlara problem yaratması ilə əlaqəlidir. Belə ki, indiyə qədər 15-ə yaxın sahibkar şəhərdə görülən işlərin müqabilində pullarını ala bilmirlər. Keçmiş müavin məsul olduğu sahədə çalışan iş adamlarının gördükləri işin müqabilində pul verəcəyini vəd etsə də, buna əməl etməyib. Bu azmış kimi, Sumqayıt Bulvarı və şəhərin girəcəyinin abadlaşdırılmasını həyata keçirmiş iş adamı Müqayis Verdiyevin həbs olunmasında iştirakçı olub.
Jamaz.info-ya daxil olan məlumata görə, uzun müddət Sumqayıtda tikinti və memarlıq işlərinə məsul olan keçmiş müavin dəfələrlə sahibkarları aldadaraq, onlara çatacaq pulları ödəməyib. Həmin problemlərdən biri də bu yaxınlarda üzə çıxmış və 250 fəhlənin də əmək haqqısı daxil olan 8 milyon manatlıq borc məsələsidir.
Bəzi mənbələrin bildirdiyinə görə, Sumqayıt Bulvarı və şəhərin girişinin abadlaşdırılmasını həyata keçirən və bunun üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə 12 milyon manatlıq müqavilə bağlamış “A.V.Conctruction” şirkətinin pulunu istəməsi icra başçısını çıxılmaz vəziyyətə salıb. Bir zamanlar fəhlələrin qarşısına çıxan icra başçısı onların pulunu ödəyəcəyini vəd etsə də, sonradan fikrindən daşınıb. Bu azmış kimi, onun qəbuluna gələn həmin fəhlələri qəbul etməkdən imtina edib.
Məlumatlarda deyilir ki, Zakir Fərəcov vəziyyətdən çıxmaq üçün müavini Fəzail Hüseynovu işdən çıxarıb. Məsələni də belə əsaslandırıb ki, keçmiş müavini sahibkarlara problem yaradırmış. Lakin bu işdən çıxarılma problemin həlli üçün deyil, borcların bağlanmaması üçün nəzərədə tutulmuş addım sayılmalıdır.
Əvvəla, heç bir müavin özündə cəsarət tapıb təkbaşına hansısa şirkətin 8 milyon manatını verməkdən imtina edə bilməz. Burada şübhəsiz icra başçısının da dəstəyinin olması inkaredilməzdir. Elə Fərəcov da düşünüb ki, müavinini işdən çıxarmaqla məsələni həll edə biləcək. Lakin gözlədiyinin əksi baş verməyə başlayıb.
Daxil olan məlumatlara görə, Sumqayıtda abadlıq işləri görmüş şirkətlər və onların işlərini görən fəhlələr Bakıda etiraz aksiyası keçirməyi qətiləşdiriblər. İndiyə qədər müraciət etmədikləri qurum qalmayıb, ancaq onların problemləri həll olunmayıb. Ona görə də, səslərini dövlət başçısına çatdırmaq üçün paytaxtda aksiya keçirməyi qərarlaşdırıblar.
Qeyd edilir ki, fəhlələr və iş adamları bununla bağlı həftə içində Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq yer ayrılması məqəsədi ilə rəsmi müraciət edəcəklər. Bu əsnada, o da məlum olub ki, Sumqayıt İcra Hakimiyyətinin 8 milyon manat borclu olduğu şirkətlə aralarındakı qalmaqal getdikcə daha da böyüməyə başlayıb. “A.V.Conctruction” şirkəti bütün dəlil və sübutları toplayaraq, məhkəməyə müraciət edib.
Həmin müraciətdə qeyd olunur ki, sözügedən İcra Hakimiyyəti görülən işlər müqabilində borclu olduğu 8 milyon manat pulu ödəmir və onun ödənilməsinin təmin edilməsi üçün qərar çıxarması xahiş olunur. İddiaçı tərəf borclunun Zakir Fərəcov olduğunu göstərib.
Bəzi müşahidəçilərin qənaətinə görə, hadisələrin belə məcrada davam etməsi icra başçısı Zakir Fərəcovun ciddi probleminə çevrilə bilər. Onların rəyinə görə, hal hazırda hakimiyyət narazılıq edilən məmurlarla yollarını ayrımağa çalışır. Çünki özünə əlavə problem istəmir. Belə olan təqdirdə, Zakir Fərəcov da belə qalmaqallı məsələdən çəkilməsə, onu da eyni aqibət gözləmiş olacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi