olkepress.com
olkepress.com

Polad Həşimovun qızı tələbə oldu

4-09-2021, 12:27

Polad Həşimovun qızı tələbə oldu

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun qızı Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olub.

Ölkəpress.com-un məlumatına görə, generalın qızı Aybəniz Həşimova ATU-nun “Müalicə işi” fakültəsində təhsil alacaq.

Qeyd edək ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi