olkepress.com
olkepress.com

İlham Alışanov vəzifəsindən uzaqlaşdırıldı

31-08-2021, 11:23

İlham Alışanov vəzifəsindən uzaqlaşdırıldı

Uzun illər Azərbaycan Televiziyasının (AzTV) Baş proqram direktoru olmuş İlham Alışanov vəzifəsindən çıxarılıb.

KONKRET.az-a bu barədə AzTV-dəki mənbələrdən məlumat daxil olub.
İlham Alışanov televiziyada bədii komissiyanın rəhbəri təyin olunub. Qeyd edək ki, bu komissiyaya Telli Pənahqızı başçılıq edib.
Məlumat üçün bildirək ki, Baş Proqram direktorluğu televiziyanın fəaliyyətini tənzimləyir. Qurumun tərkibinə “Proqramlaşma, planlaşma və analitik”, “Buraxılış və əlaqələndirmə” şöbələri daxildir.

Müğənni Mehin Hümbətova da televiziyadan uzaqlaşıb. O, AzTV-dən öz ərizəsi ilə çıxdığını deyib: “Verilişin yayımı dayanmır, bütün işçi heyəti işdən çıxdığına görə onları yarıyolda qoymamaq üçün ərizəmi yazıb çıxdım. Növbəti pulsuz çalışan komandaya uğurlar arzu edirəm”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi