olkepress.com
olkepress.com

"İrşad Electronics" qazini MƏHKƏMƏYƏ VERDİ

27-08-2021, 15:47

"İrşad Electronics" qazini MƏHKƏMƏYƏ VERDİ

Füzuli istiqamətində gedən döyüşlərdə tankda yanaraq ağır yaralanan qazi İsgəndərov Kənan Rövşən oğlu “İrşad Electronics” tərəfindən məhkəməyə verilib.

Unikal.org-un məlumatına görə, qazimiz hazırda pensiya sənədləri təsdiqlənmədiyinə görə "İrşad Electronics"ə olan kredit borcunu ödəyə bilmir.

İşə avqust ayının 31-i saat 12:30-da Sumayıt Şəhər Məhkəməsində hakim Elmir Hüseynovun sədrliyi ilə baxılacaq.

K.İsgəndərovun sözlərinə görə, o, kredit borcunun bu səbəbdən gecikdiyinə dair şirkətə daha öncə məlumat verib.

Qeyd edək ki, Kənan İsgəndərov “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi