olkepress.com
olkepress.com

Naftalan və Goranboyun kəndlərinə mərmi atılıb

1-10-2020, 22:28

Naftalan və Goranboyun kəndlərinə mərmi atılıbNaftalanın Qaşaltı kəndində mərminin düşdüyü ev yanıb, Goranboyun Safıkürd kəndinə atılan mərmi isə fərdi evlərə, həmçinin yaxınlıqdakı məktəb və inzibati binaya ciddi zərər vurub.
"Report"un məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı kəndlərə nəvbəti dəfə mərmilər atılıb.

Düşmən Naftalanın Qaşaltı kəndinə bir daha top mərmisi atıb. Nəticədə bir evdə dağıntı və yanğın olub. Xatırladaq ki, bundan öncə düşmənin bu kənddə atdığı mərmi aralarında 2 yeniyetmənin də olduğu 5 mülki şəxsin ölümünə səbəb olub.

Bu gün Goranboy rayonunun Safıkürd kəndi də atəşə tutulub. Kəndə düşən raket və mərmi bir neçə evə və inzibati binaya ciddi zərər vurub, bir ev isə dağılaraq yararsız hala düşüb.

Hər iki hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün düşmənin atdığı top mərmilərindən biri Goranboyun Tapqaraqoyunlu kəndinə də düşüb və kənd sakinlərindən birinə məxsus evə ciddi zərər dəyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi